ROM | BIOS & UEFI

ROM (Read-Only Memory) firmware kompüter və elektron cihazların işini təmin edən əsas proqram təminatıdır. Bu proqramlar cihazların daxili komponentləri ilə düzgün işləməsini təmin etmək üçün dəyişdirilməz yaddaşda saxlanılır. Firmware, cihazın açılışından əməliyyatların icrasına qədər bir çox prosesin idarə olunmasında mühüm rol oynayır. Bu məqalədə ROM firmware-in nə olduğu, necə işlədiyi və onun əhəmiyyəti haqqında məlumat verəcəm.
Cihazımızın texniki avadanlığının işləməsinə imkan yaradan müəyyən kodlardan ibarət kiçik bir proqram növüdür. ROM və ya EPROM bölməsində saxlanılır. Svetafor,paltaryuyan maşınlar və digər az əməliyyat gedən maşınların idarə edilməsi, düzgün işləməsi üçün onların bir Firmware ehtiyaci vardır.
ROM Məlumatların sabit saxlanması və cihazın işə düşməsi üçün tələb olunan təlimatların yerinə yetirilməsi üçündür.
Məsələn kompüterlərin Ana platasının da üzərində CMOS-a istehsalçı tərəfindən yüklənmiş (ROM/EPROM-yenilənəbilən) bir BIOS/UEFI Firmware vardır. Əgər kompüterin Firmware xarab olsa və ya heç olmasa Əməliyyat Sistemləri onun avadanlıqlarını (cpu,ram,hdd və s.) tanımadığından, əlaqə yarada bilmədiyindən işləməyəcəkdir.
Məsələn BIOS Firmware eyni ortadaki adam rolunu oynayaraq Windows ə.s. Kompüterin avadanlıqları ilə uyumlu bir şəkildə Yüklənməsi və işləməsi üçün müəyyən kodlara sahibdir.
ROM Firmware-in Növləri
- PROM (Programmable ROM): Dəyişdirilə bilməyən proqramlaşdırılmış ROM.
- EPROM (Erasable PROM): Ultrabənövşəyi işıq vasitəsilə silinib yenidən proqramlaşdırıla bilən ROM.
- EEPROM (Electrically Erasable PROM): Elektriklə proqramlaşdırılan, müasir cihazlarda geniş istifadə edilən ROM.
- Flash ROM: Yüksək sürətli və çox istifadə edilən ROM növü.
Firmware-in Kompüter Sisteminin Qatlarındakı yeri:
1.Hardware: cpu,ram,hdd və s.
2.Firmware: BIOS/UEFI
3.Device Drivers: NAC,Wi-fi,Gpu və s. Driverlar
4.Kernel: Linux və s.
5.Operation System: MacOs,Linux və s.
6.User İnterface: GNOME, KDE və s.
7.Applications: Brauzer,Ofis proqramları və s.
Firmware Update | EPROM
ROM-dan fərqli olaraq EEPROM (Electrically erasable programmable read-only memory) Chipsetə yazılmış Firmware-lar elektrik kəsilmədiyi müddətdə yenidən dəyişdirilə bilər. BIOS yenilənmə edərkən cihazın elektrik enerjisi qopmamalıdır, əks təqdirdə Firmware xarab ola bilər və xarici bir USB Bios Firmware ehtiyac yarana bilər. Firmware xarab olduqda onun təmiri üçün Cihazın texniki dəstək işçilərindən kömək alaraq yenidən cihazın ROM Chipset-nə Firmware proqramlama vasitəsilə yenidən yazdırmaq mümkündür.
BIOS Legacy | Firmware
Kompüterin əsas avadanlıqlarının işləməsi, onların kantrol edilməsi, xarab olma və ya xəta vəziyyətləri üçün bildirimlər vermə kimi mühüm prosesləri yerinə yetirən vahiddir. BIOS ROM ( Read Only Memory ) Yaddaşda saxlanılan Daimi bir Software-dir ( Proqram ).
BIOS Batareykası CMOS deyilən chipsetdə yerləşib BIOS Tənzimləmələrini yaddaşda saxlayaraq silinməsini əngəlləyir. Batareyka çıxarılsa və ya enerjisi bitsə CMOS-dakı məlumatlar silinəcəkdir.
( məsələn vaxt və saat məlumatı )
Müxtəlif marakalarda Bios və Boot Menu-a giriş:
- Hp – f10 Bios f9 Boot Menu
- Dell – f2 Bios Delete Boot Menu
- Lenovo, Acer, Asus – f2 Bios f12 Boot
Qeyd: Əgər notebooklarda bu düymələrlə daxil olmasa solda aşağıda olan FN düyməsi ilə eyni anda basmaq lazımdır bu Funksional düymələrə.
Məs: FN + F2
Həmçinin sonradan Bios Menu-da bu Funksional düymələrin yerlərini dəyişmək olur.
Əgər PC SSD yaddaş ilədirsə Restart zamanı Ə.S. Çox tez açıldığına görə Bios və Boot Menuya bəzən girməyə vaxt tapa bilmirik, buna görə də Control Panelə daxil olaraq Battery prametrlərinə daxil olub Fast Boot xassəsini söndürürük.
Bios-da idarə etmə düymələri:
⬆️ F6 və ya –
⬇️ F5 və ya +
⏺ F10 Save edir.
Kompüter açıldıqda BiOs-un ilk oxuduğu ( read ) qurğuların ardıcıllığı:
- HDD/ SSD
- CD/DVD
- USB
- Ethernet və s.
Biz yuxarıda ki Bios idarə etmə düyməlıri ilə Usb-ni birinci sıraya gətirib save edirik ki biz rahat şəkildə Windows-u yaza bilməyimiz üçün Kompüter ilk Flashı oxusun. Formatı atıb ə.s. Yüklədikdən sonra bunu əvvəlki vəziyyətə gətirməliyik ki kompüter Windows setup-n; yenidən başlatmaq əvəzinə Birbaşa yüklədiyimiz windows 10-u açsın. Burada məntiq odur ki Bios ilk olaraq HDD-ni boot edəcək hansı ki biz oraya Windows 10-u setup etmisdik.
Firmware növləri:
1.Legacy- max 2Tb dəstəkləyir. 4 disk yaratmaq olur | 1 sistem 3 primary ( şəxsi ) . Bios menudan Security Disable edirik. Bu MBR formatdır. Köhnə kompüterlər ( ana platası zəif ) bu format tipini dəstəkləyir. Bu texnologiya növü ilə format zamanı ekran nisbətən Croplanmış halda və zəif görüntü olur.
2.UEFI – 2Tb-dən yüksək dəstəkləyir. 128 ədəd disq yaratmaq mümkündür. 4 sistem və 124 Primary disq. Security Boot- Enable edirik. Bu format növü isə GPT formatdır, yeni kompeterlərdə mümkündür, format zamanı ekran geniş və təmiz görüntüyə sahib olur.
ROM firmware texnologiyası elektron cihazların işini idarə etmək və sabitlik təmin etmək baxımından böyük əhəmiyyət daşıyır. Düzgün yazılmış və optimallaşdırılmış firmware cihazın performansını artırır, təhlükəsizlik səviyyəsini yüksəldir və istismar müddətini uzadır. ROM firmware haqqında dərin biliklər cihazların təkmilləşdirilməsi və onların funksionallığının daha yaxşı anlaşılması üçün mühüm vasitədir. Bu sahədə yeniliklər texnologiyanın gələcəyinə birbaşa təsir edir.