RAM | Random Access Memory

RAM (Random Access Memory) kompüterin və digər cihazların performansını birbaşa təsir edən ən vacib komponentlərdən biridir. RAM, cihazın müvəqqəti məlumatları tez bir zamanda emal etməsinə və proqramların daha sürətli işləməsinə imkan yaradır. Ancaq RAM nədir, necə işləyir və hansı növü seçmək daha məqsədəuyğundur? Bu yazıda bütün bu suallara cavab tapacaqsınız.
Ram-kompüter və digər qurğularda informasiyanın oxunması və yazılmasını təmin edən yaddaş növüdür. İngilis dilindən birbaşa çevirilişi Təsadüfi girişlər yaddaşı deməkdir. Bu yaddaş növü əməli ( operativ ) yaddaş da adlanır. Yəni bu yaddaşda yazılan datalar kompüterdə iş prosesi müddətində müvəqqəti olaraq və müəyyən limit əsasında saxlanılır.
Ram-ın işləmə prinsipi enerjidən asılı olduğu üçün kompüter söndürüldükdə yaddaşda qalan məlumatlar da ( datalar ) silinir. Əməli yaddaş həm oxuna həmdə yazıla bilir və sabit yaddaşdan həcm olaraq az olmasına baxmayaraq qat-qat sürətlidir.
-Operativ yaddaş necə işləyir?
Məsələn Kompüter yandırıldıqda daimi yaddaşda ( hdd/ssd ) saxlanılan windows ə.s. Prosessor vasitəsilə Sürətli bir şəkildə Ram-a yüklənir və kompüter açılır. Biz sonradan da buraya datalara əlavə edə bilərik hər hansı proqramla ( məs:word-də mətn yazarkən ) amma iş bitdikdən sonra, kompüteri söndürmədən öncə dataların saxlanılması üçün biz onu daimi yaddaşda saxlamalıyıq.
Kompüterdə bir neçə proqramla aktiv işləyərkən Ram isinə bilər və buna görədə kompüterin əlavə bir soyutma sisteminə ( kulerə ) ehtiyacı vardır.
Ram-ın iki növü vardır:
- Static RAM (chipləri çox bahadır, ama sürətlidir )
- Dinamik RAM
Hər ikisinində elektrik enerjisinə ehtiyacı vardır.
Yaddaşa görə RAM-lar:
Yaddaş həcmləri Mb və Gb-la ölçülür. Günümüzdə daha çox 2,4,8,16 və 32Gb yaddaşa sahib RAM-lara rast gəlinir.
Bir kompüterdə bir neçə RAM slotu ola bilər.
Hətta workstation və server kimi super kompüterlərdə onlarla RAM yuvası ( socket ) ola bilər.
Dual Ram texnologiyası ( tək 16Gb yerinə iki ədəd 8Gb ram ) Single Ram texnologiyasından hərzaman daha yaxşıdır. Dual Ram üçün hər iki ram eyni rəngə sahib slotlara yerləşdirilməlidir.
RAM Sürəti:
Müvəqqəti yaddaş olan RAM-ın sürəti Hertzlə ( Mhz ) ölçülür. Yəni Hertz bir saniyədə dövrün sayını müəyyən edir.
Məs: 1 Mhz – 1 saniyə 1 milyon dövr etdiyini göstərir.
Bir də DDR deyilən Ram yaddaş növü var ki buda dövrün sayını ikiyə vurur. Ən son DDR 4 və 5 Ramlar mövcuddur. DDR rəqəmi nə qədər yükəkdirsə o RAM bir o qədər yaxşıdır, həmçinin sürətlidir.
Cas Lattency- bu xassə data transferi zamanı datanın gedib çatma yolundaki gecikmə müddətidir. Bu parametr nə qədər aşağı olsa deməli Ram bir o qədər sürətlidir. ( məs: Lattency 15 CL )
Quruluş və formasına görə RAM-lar:
- DIMM -Sistem Blokları üçündür. Böyük və uzunsov formaya malikdir. DDR Tipinə görə çıxıntıları dəyişir.
- SO-DIMM – Notebooklar üçündür. Digərinə nisbətən daha yığcamdır.
Ram kompüterdə o qədər önəmli bir avadanlıqdır ki əgər operativ yaddaşımız az olsa kompüterdə proqramların açılma və işləmə prosesi də zəif olacaqdır.
Hətta bəzi ağır qrafiki proqramları və oyunları açmaya bilər ( məs: AutoCad, 3D max, GTA V və s. ) Bunlar üçün minumum 16Gb və üzəri bir ram yaddaşı işimizi artıqlamısyla görəcəkdir.
Əgər kompüterin ( PC və ya notebook fərqi yoxdur ) Operativ yaddaşı bizim işlərimiz üçün zəif qalırsa və ya kompüter donursa biz onu həm fiziki olaraq dəyişib yüksəldə ( Ram Update ), həmdə daimi yaddaşdan (HDD/SSD) ona müəyyən ölçüdə yaddaş verə bilərik. Hər hansı bir kompüterin ram yaddaşını artırarkən ilk öncə onun ana platasına nəzər yetirməliyik. Alacağımız RAM ana plata ilə uyğunlaşmalıdır. İlk olaraq ANA Platanı Google-da və ya Rəsmi saytında araşdırmalıyıq. Çünki bizə lazım olan RAM-ın bütün parametrləri və məlumatları ondan aslıdır.
Məsələn Ram texnologiya növü, sürəti, quruluş növü, gecikmə vaxtı və s. parametrlər. Əks halda təsadüfi bir Ram alsaq kompüter onu tanımadığından işləməyəcəkdir.
Qeyd: Kompüterdə hansı proqram nə qədər Ram-dan istifadə edir, neçə ram slotumuz var?, neçə Gb ram yaddaşımız var kimi məlumatlara Task Manager-dən ( ctr+shift+e ) baxa bilərik.
Burada RAM-ı həddindən artıq çox tükətən proqramları ( məs: Chrome ) bağlaya bilərik.
Həmçinin müxtəlif 3-cü tərəf proqramlar vasitəsilə də ram haqqında ətraflı məlumat almaq mümkündür. Kompüterin əsas avadanlıqları və ram haqqında məlumatları öyrənmək üçün bizə CPU-Z və Aida64 kimi proqramlar lazımdır.

RAM YÜKSƏLTMƏ
Əməli yaddaşımız bizi qane etmədiyində onu yüksəltmək üçün diqqət etməli olduğumuz məqamlar:
Komputerin dəqiq Marka və Modelini Google-da axtarıb Rəsmi saytında Bu komputerin neçə ədəd Ram slotu olduğunu, hansı frekansı dəstəklədiyini, CL dəyəri (Latenc ) öyrənirik, Voltajını bilməliyik, hansı ram növünü (DDR4) və max neçə Gb yaddaş dəstəklədiyini öyrənməliyik, ondan sonra Ramı almalıyıq.
Qeyd: AIDA64 Extreme ( Alternatif app: CPU-Z) programı ilə də SPD bölməsində Kompüterin-nin Ram texnologiya növünü öyrənmək mümkündür.
Ən pis ehtimalda Komputeri açıb Ram-ın üzərindəki yazıları oxumalıyıq.
CPU-Z Proqramından bir görüntü :
Qeyd: Notebooklarda Ram SO-DIMM olaraq adlandırlır və Sistem Bloku Ramlarından (DIMM) fərqli olaraq daha yığcamdır. Bəzi komputerlərdə Ram birbaşa olaraq Main Board-a ( Ana Plata ) Payka olunmuşdur və istehsalçı Ram-ı yüksəltmək üçün sadəcə bir ədəd slot yer vermişdir. Buna görədə CPU-Z kimi programlarla MainBoard bölməsindən komputerimizin Ana Platasının model nömrəsini komputerin markası ilə birlikdə Google-da maksimum nə qədər Ram dəstəklədiyini öyrənirik. Əgər bizim notebookumuz 4gb Ram-a sahibdirsə və bizim sadəcə 1 ədəd boş Ram slotumuz varsa, məsələn notebookumuzun Ram yaddaşını 20Gb etmək istəyiriksə biz 16Gb Ram almalıyıq.
1) Notebooku və ya PC-nin caseni açdıqdan sonra İlk iş Notebookda batareykanı, PC-də isə Power Suply (Qida Bloku) elektrik cərəyanından ayırırıq.
2) Ramın olduğu slotda yanlardakı iki çıxıntıya basırıq, rahatça özü yuxarı qalxır, daha sonra isə onu yavaşca çıxarıqıq. Eyni qayda ilə 45 dərəcə bucaq altında slota keçiririk daha sonra üstünə əlimizlə basırıq Çık keçmə səsi gəldikdən sonra hazırdır. Əgər Dual ( 2 ədəd ) Ram qoyacayıqsa hər ikisinində yuvası
( socketi ) eyni rəngdə olmalıdır.
Məs: bir kompüterdə 4 ədəd ram slotu mövcuddur. İkisi qara ikisi də ağdır. Biz əgər iki ədəd 8gb ram yerləşdirmık istəyiriksə bu ramlar ya ağ ya da ancaq qara slotlara yerləşdirməkiyik. Əks halda tanımayacaqdır.
3) Şurupları tam bağlamadan qapağı bağlayıb Komputeri açırıq. Bios-a girmək üçün məsələn tez-tez Delete knopkasına basırıq. Açılan Bios Menuda Main bölməsində sistem məlumatlarından Ram-a baxa bilərik. Həmçinin Windows açıldıqdan sonrada ctrl+shift+esc basaraq Task Manager-ə daxil olub Memory bölməsindən də Ram-ın düzgün oturub oturmadğını test edə bilərik.
Task Manager-dən bir görüntü:
Aida64 Proqramı ilə Ram-ın xüsusiyyətlərini öyrənmək:
RAM kompüter performansını artıran əsas amillərdən biridir. Doğru RAM seçimi etmək iş sürətini və məhsuldarlığı artırmağa kömək edir. İstifadə etdiyiniz cihazdan və tələblərinizdən asılı olaraq uyğun RAM seçimi ilə sisteminizi optimallaşdıra bilərsiniz. Daha yaxşı performans üçün yaddaşınızın digər komponentlərlə uyğunluğuna da diqqət yetirin.
RAM cihazın sürətli və stabil işləməsi üçün əvəzolunmaz bir komponentdir. Doğru RAM seçimi proqramların daha tez yüklənməsi, çoxlu tapşırıqların eyni vaxtda icrası və ümumi sistem performansının artırılmasında mühüm rol oynayır. İstifadə etdiyiniz cihazın növü və gündəlik tələbləriniz əsasında uyğun RAM seçərək, həm sürət, həm də məhsuldarlıq baxımından cihazınızı optimallaşdıra bilərsiniz. Texnologiyanın inkişafı ilə RAM növləri də daha güclü və çevik hala gəlib. Buna görə də ehtiyaclarınıza cavab verən ən yaxşı seçimi etməyə diqqət göstərin.