PSU | Power Supply Unit

Power Supply (Qida Bloku), kompüterin düzgün və stabil işləməsi üçün əsas komponentlərdən biridir. Bu cihaz elektrik enerjisini emal edərək kompüterin müxtəlif hissələrinə uyğun gərginlik və güc paylayır. Qida blokunun seçimi, sistemin ümumi performansı və uzunömürlülüyü baxımından mühüm əhəmiyyət daşıyır. Bu yazıda, Power Supply-in iş prinsipi, növləri və düzgün seçim yolları barədə məlumat verəcəm.
Qida Bloku (Power Supply) Nədir və Necə Seçilməlidir?
Qida blokuna İngilis dilində Power Supply, Rus dilində isə Blok pitaniya deyilir.
Qida bloku (Power Supply Unit – PSU), kompüterin müxtəlif komponentlərinə enerji təmin edən mühüm bir hissədir. PSU şəbəkədən aldığı enerjini emal edərək anakart, prosessor, sərt disk və digər komponentlər üçün uyğun gərginliyə çevirir. Kompüter sisteminin stabil və təhlükəsiz işləməsi üçün düzgün seçilmiş qida bloku əvəzolunmazdır. Qısa olaraq desəm Kompüter üçün elektrik enerjisini lazımi qurğulara paylayan bir hissədir.
Qida Blokunun İş Prinsipi
Qida bloku əsasən şəbəkə elektrik enerjisini (AC) kompüter komponentlərinin istifadə edə biləcəyi birbaşa cərəyan (DC) enerjisinə çevirir. Bu zaman enerjinin təhlükəsiz və stabil şəkildə ötürülməsi üçün müxtəlif filtrlər və tənzimləmə mexanizmləri istifadə olunur.
Qida Bloku necə işləyir?
AC İnput 220V enerjini alır lazımi cihazlara DC Output olaraq 3.5v , 5v , 12v və s. Çevirərək paylayır.
Məsələn: Motherboard-a 12V, Harddisk-ə 5V, Cooler-ə 3.3V və s.
Bu qida blokları Standart ATX sahibdirlər.
Power Suply alarkən əsasən onun Watt gücünə diqqət etməliyik. Watt nə qədər çox olsa o qədər çox
qurğuya enerji ötürə bilər. Bir sözlə watt nə qədər yüksək olsa o qida bloku bir o qədər yaxşıdır.
Hal-hazırda 250watt, 300watt, 500watt və s. qida blokları mövcuddur.
Dizaynerlər, Gamerlər və digər ağır proqramlar istifadə edən insanlar adətən ən yüksək Watt olan Qida blokları alırlar. Çünki onlar çox güclü Prosessorlardan (Core i9) və Xarici Video Kartlardan (RTX) istifadə edirlər, ona görə onların qurğularına daha çox enerji paylanması lazım olduğu üçün yüksək watt dəyərinə sahib Power Suply seçim edirlər.
Qida Blokunun kabelləri:
Serverlərdə isə həmişə iki ədəd qida bloku olur ki biri sıradan çıxdıqda digəri avtomatik işləsin. Sıradan çıxmış Qida Blokunun qulpundan tutub rahatlıqla çıxarıb dəyişə bilərik.
Bu qida blokları isə Flex ATX standartına sahibdirlər.
Enerjini ötürmə növünə görə Qida Blokları iki yerə ayrılır:
- Single Rail – qida bloku içərisində sadəcə bir ədəd ötürücü kabel
Məsələn 220V enerjini o bir ədəd kabel alır müxtəlif kabellər vasitəsilə Hardisk, Video Karta, CD-Rom və s. Qurğulara paylayır.
- Multi Rail – qida blokunda isə çoxlu kabellər var və hər cihazlara fərqli kabel enerjini paylayır. Yəni biri xarab olsa kabellərdən heç olmasa digərləri işləyəcək, tamamilə bütün kompüterin işi dayanmayacaqdır.
Qeyd: Multi Rail Qida Bloku daha əlverişlidir. Amma onun Performansa heç bir dəxlisi yoxdur. Hər ikisi də eyni keyfiyyətdə enerjini paylayır.
Önəmli Qeyd: Əyər bizim ölkədə 220V elektrik cərəyanı paylanırsa biz də PC-nin qida blokunda 220V olan hissəsinə qoşmalıyıq kabeli, əks halda o yana bilər.
Məsələn Amerika 110-120V arası olur Cərəyan. Mütləq buna diqqət etməliyik.
Notebooklarda isə onların adapterlərində bu Volt avtomatik tənzimləndiyi üçün heç bir qorxusu yoxdur.
Power Supply kompüterinizin əsas enerjisini təmin edən və sistemin stabilliyini qoruyan həyati bir komponentdir. Keyfiyyətli və düzgün güc təchizatı seçimi ilə cihazınızın uzunömürlülüyünü və etibarlılığını təmin edə bilərsiniz. Unutmayın ki, güc təchizatı sistemin digər hissələri ilə uyğun olmalı və gələcəkdə ehtiyac duyulacaq modernizasiyanı dəstəkləməlidir. Optimal seçimlə cihazınızın performansını maksimum səviyyəyə qaldırmaq mümkündür.
Qida Bloku Necə Seçilməlidir?
- Tələb olunan gücü hesablayın:
- Prosessor, GPU, RAM və digər komponentlərin enerji tələbatını nəzərə alaraq gücü müəyyənləşdirin. Online PSU kalkulyatorlarından istifadə edə bilərsiniz.
- Effektivliyə diqqət edin:
- Daha yüksək effektivlik dərəcəsi olan PSU uzun müddətdə elektrik enerjisinə qənaət və daha az istilik yaranmasını təmin edəcək.
- Brend və keyfiyyət:
- Tanınmış istehsalçılardan keyfiyyətli qida blokları seçmək, sisteminizin daha stabil işləməsinə zəmanət verir.
Qida bloku kompüterin ürəyi kimi sistemin stabil və təhlükəsiz işləməsini təmin edir. Doğru PSU seçimi yalnız cari ehtiyacları deyil, həm də gələcəkdə planlaşdırılan modernizasiyanı nəzərə almalıdır. Enerji təchizatı seçərkən keyfiyyət, güc və effektivlik balansını qoruyaraq cihazınızın uzunömürlü və etibarlı olmasını təmin edə bilərsiniz.