Motherboard | Ana Plata

Kompüterin işləməsi üçün bütün komponentləri birləşdirən əsas hissə ana plata və ya motherboard adlanır. Bu, sistemin “onurğası”dır, çünki o, CPU, RAM, GPU və digər qurğuların birgə işləməsini təmin edir. Kompüterin performansı, genişləndirmə imkanları və stabilliyi birbaşa ana platanın keyfiyyətindən asılıdır.
Kompüterdə Ana plata o qədər mühüm komponentdir ki adətən Ram, Prosessor və s. Vacib qurğuları Update ( Yüksəltmək üçün ) edərkən Ana platanı nəzərə alıb etməliyik ki onu dəstəkləsin və əməliyyat sistemi xətalar verməsin. Ana Plata ingilis dilində Standart PC-lər üçün bəzən System board,Planar Board, Base Board, Main Board , Apple Kompüterlər üçün isə Logic Card və ya qısa olaraq Mobo olaraq da adlanır.
Ana lövhə daxildən sistem blokunun korpusuna bərkidilir, bunun üçün də lövhə tipinə görə korpusa uyğun gəlməlidir. Notebook üçün ayrı, Sistem Bloku üçün isə ayrı ölçüdə Ana Plata olur. Notebook Plataları digərlərinə nisbətən daha bahalıdır. Bazarda ən çox HP, MSI ,Asus, Gigabyte, Arock, Biostar, Evga və s. Motherboardlara rast gəlinir.
Ana Plata Markasını “Aida64, Belarc Advisor və ya CPU-Z” kimi proqramlarla həmçinin Win+R ilə CMD proqramını açıb orada “wmic csproduct get name”,identifyingnumber,uuid yazılarını axtarış əmrini verərək də öyrənə bilərik. Əlavə olaraq Win+R ilə “dxdiag” və ya “msinfo32.exe” yazıb da axtarış verərək System Summary bölməsinə daxil olaraq da öyrənmək mümkündür.
Ana Platanın tərkib hissəsi, ona aid olan qurğular
Ana plata müxtəlif hissələr və portlardan ibarətdir:
- Prosessor yuvası (CPU Socket): CPU-nu yerləşdirən əsas hissədir. Hər ana plata yalnız müəyyən növ prosessorlarla uyğun gəlir.
- RAM Yuvaları: Operativ yaddaş modulları bu yuvalara qoşulur. RAM yuvalarının sayı və növü (məsələn, DDR4, DDR5) ana platanın modelindən asılıdır.
- PCIe Slotlar: Video kart, genişləndirmə kartları və digər periferik qurğular üçün istifadə olunur.
- Saxlama Cihazı Portları: SSD və HDD-ləri qoşmaq üçün SATA və ya NVMe M.2 portları mövcuddur.
- İ/O Portları: USB, Ethernet, HDMI və digər interfeyslər vasitəsilə xarici qurğular birləşdirilir.
Ana platalar müxtəlif ölçülərdə mövcuddur: ATX, Micro-ATX və Mini-ITX. Daha böyük platalar daha çox port və genişləndirmə imkanları təqdim edir.
Ana plata üzərində olan əsas komponentlər:
- Xüsusi yuvaya yerləşdirilmiş Prosessor və onuN soyudulması üçün Kuler ( ventilyator )
- Keş yaddaşı mikrosxeması
- Ram-ları yerləşdirmək üçün modullar DIMM və ya SO-DIMM portları.
- Giriş-Çıxış Portları, Xarici cihazları qoşmaq üçün portlar bloku ( Usb, CD, HDD, Mouse, Printer və s. )
- BİOS mikrosxemi və onun tənzimləmələrini, həmçinin elektron saatı yadda saxlaması üçün CMOS tipli mikro sxem və ona enerji verən batereyka. Bu mikrosxem ROM yaddaşda saxlanıldğı üçün dəyişdirilə və silinə bilməz istifadəçilər tərəfindən. BIOS proqramını mikrosxemlərə İstehsalçılar ( Hp, Asus ) yerləşdirir.
- Kompüteri idarə etmək üçün digər mikrosxemlər, elektronikalar.
- IDE və ATA- CD-Rom üçün, SATA II və SATA III – Sabit Yaddaş qurğularını qoşmaq üçün,
- PCI- ethernet kart,səs kartı və s, PCI- EXPRESS hansı ki bu prortla biz M2 SSD, Videokarta və s qurğuları yerləşdirə bilərik,
- Qida Bloku Üçün Güc kabeli ( 12V ) hansı ki bu kabel vasitəsilə Əsas Lövhədə olan fasiləsiz işləyən,daim enerjiyə ehtiyacı olan mühüm avadanlıqlara ( məs: Ram ) enerji ötürür.
- Case Ön Panel Pinləri – Sistem blokunun qabağında olan Power və Reset Düymələri, həmçinin HDD və Power Led işıqlarının işləməsi üçün konnektor Pinlər. Əlavə olaraq burada Medya fileları üçün xarici Usb və Aux port Pinləri də ola bilər.
Qeyd: Bu Avadanlıqlar üçün olan Portlar OnBoard sistemi adlanan texnologiya ilə gəlir. Yəni xarici giriş-çıxış portları Plataya bərkidilib. Amma Ram, Videokarta, Prosessor və s. Əsas avadanlıqlar müəyyən portlar ilə çıxarıb yenidən taxmaq mümkündür. Notebooklarda da artıq bu avadanlıqları kabellər və ya portlar vasitəsi ilə dəyişmək mümkündür. Ram və ya Videokarta Onboard yox xüsusi SO-DIMM və PCI-E portu birləşdirilb ki istədiyimiz vaxt onu taxıb-çıxara və ya dəyişdirə bilək.
Şinlər
Ana lövhənın bütün komponentləri bir-birilə informasiya mübadiləsini aparan keçirici xətlərlə birləşdirilib. Bu cür keçirici xətlər birlikdə informasiya şini və ya sadəcə şin adlanır.
Şin xətlər üç tipə bölünür:
- Verilənlər şini.
- Ünvanların şini.
- İdarəetmələr şini.
Bu cür şinlərdən savayı, FK-nın özünün funksiyalarını yerinə yetirən xüsusi şinlər qrupu da var:
- Sistem şinləri;
- Keş-yaddaş şinləri;
- Əməli yaddaşda informasiya mübadiləsi aparan şinlər;
- Çıxış və giriş şinləri.
Chipset
Ana plata üzərindəki komponentlər arasındaki data transferini kontrol edən vahidə Chipset deyilir. Və bu chipset birbaşa olaraq kompüterin işləmə sürətinə təsir edir. Beləliklə Chipset – South Bridges (Usb, PCI, PCI-E və PSU-Qida bloku idarəsi ) və North Bridge ( Ram, PCI və AGP ) olmaqlar iki yerə ayrılır.
Bazarda populyar Chipset istehsalçıları: İntel, Amd, SIS, Via.
Bu Chipsetlər birbaşa olaraq ana platanın qiymətinə təsir edirlər.
Bandwith
Biz daha əvvəl demişdik ki Kompüterin əsas komponentləri və ya xarici qurğular ( flash) arasındakı Data Transferi Prosesi Data yolunda baş verir. Və bu yolda Bant Genişliyi ( Bandwith ) termini ortaya cixir ki bu da Vahid zamanda göndərilə biləcək Data Miqdarına deylir. Yəni Chipsetdəki BandWith nəqədər böyükdürsə bir o qədər çox data qəbul edib, göndərə bilərik.
Ana Plata Növləri
Ana Platının quruluşca 4 növü vardır:
- XT (215mm x 330mm ) – ilk fərdi PC üçün. Bu Ana lövhədə Prosessor Onboard olaraq gəldiyi üçün bir problem olduqda bütöv Ana Platanı dəyişmək lazım idi.
- AT ( 350mm x 305mm ) AT-dən sonra gəldi ATX-ə bənzəyir. Üzərində AGP, PCI və ISA data yolları vardır. PS/2 portu yoxdur. Amma prosessoru dəyişmək mümkündür.
- ATX ( Standart 305mm x 244mm ) ATX Ana Platının bir çox növü vardır: Mini,Flex,Micro,Standart, Extended və Workstation hansi ki Bu ana plataya bir neçə prosessor, ram və video karta taxıla bilər. Şirkətlər üçün super kompeterlər kimi istifadəyə nəzərdə tutulmuşdur. Ümumiyyətlə ATX Ana Lövhələr Digərlərindən fərqi onun üzərində daha çox Portlar yerləşdirilmişdir.
- BTX ( 325mm x 267mm ) – Daha üstün proessoru soyutma sisteminə ( Kuler ) sahibdir. Əlavə olaraq Pico və Micro BTX quruluşa sahib Ana Platalar da vardır.
Bu fərq ana platın quruluş fərqi, yuva ölçüləri, şurup yerləri, port girişləri və panel bağlayıcı kimi faktorlardan ibarətdir.
Ana Platanın Seçilməsi
Ana plata seçərkən diqqət edilməli məqamlar:
- Prosessor və RAM uyğunluğu.
- Genişləndirmə imkanları (əlavə qurğular üçün slotlar).
- Quraşdırılacaq korpusun ölçüsü ilə uyğunluq.
- Soyutma və enerji təchizatı tələbləri.
Ana plata alarkən diqqət edilməsi gərəkən mövzular:
- Ölçüsünü və Quruluş Növünü ( Məs: ATX ) dəqiqləşdirməliyik. Örnək olaraq Standart ATX Ana platası Full Tower Standart Case-ə yerləşərkən, Extended Tipli ATX MotherBoard Adi Sistem Bloklarına Sığmaya bilər.
- Portların sayının bizə önəmi. Hansı portlar gələcəkdə bizə lazım ola bilər. Ona qərar verməliyik.
- Hansı Proessoru, Xarici Videokartanı ( MX, GTX və ya RTX, Ryzen ) və Neçəlik Ram taxacağımızı bilməliyik və ona görə Ana Plata seçməliyik. Əlavə Ram slotu olan seçmək məsləhətdir ki gələcək də aldığımız Ram çatmasa Update edə bilək.
Ana plata kompüterin işləməsi üçün zəruri olan bütün komponentləri bir araya gətirən əsas hissədir. Düzgün seçilmiş motherboard həm sistemin performansını artırır, həm də gələcəkdə genişləndirmə imkanlarını təmin edir. Müasir ana platalar funksionallıq, enerji effektivliyi və dayanıqlılıq baxımından çox inkişaf etmişdir. Oxucuların ehtiyaclarına uyğun ana plata seçməsinə kömək etmək məqsədilə bu məqalə ümid edirəm faydalı olacaq. 😊