GPU | Video Card

GPU (Graphics Processing Unit), müasir kompüterlərin və mobil cihazların qrafik performansını idarə edən əsas komponentlərdən biridir. Əsasən oyun, video redaktə, 3D modelləşdirmə və süni intellekt kimi intensiv qrafik əməliyyatlar üçün istifadə olunur. GPU-lar sadəcə görüntü yaratmaqla kifayətlənmir, həm də paralel hesablamalar üçün güclü bir alət kimi fəaliyyət göstərir. Bu yazıda GPU-ların necə işlədiyi, onların növləri və hansı məqsədlər üçün istifadə olunduğu barədə ətraflı məlumat verəcəyik.
Video Kart
Video kart, digər adı ilə GPU (Graphics Processing Unit), kompüterin qrafik emalı və vizual çıxış proseslərini idarə edən mühüm bir komponentdir. Oyun oynamaq, video redaktə etmək, 3D modelləşdirmə və süni intellekt tətbiqlərində yüksək performans tələb edən əməliyyatlar üçün əvəzolunmazdır.
Video Kartın İş Prinsipi
Video kart, prosessordan aldığı məlumatları sürətlə emal edərək görüntüyə çevirir və monitora ötürür. Bu, xüsusilə oyunlarda yüksək keyfiyyətli qrafika və axıcı görüntü təmin etmək üçün vacibdir. Video kartlar yüksək hesablama gücü sayəsində paralel prosesləri effektiv şəkildə idarə edir.
Videokarta- kompüterin ekranına (monitora) görüntünü ötürmək, yüksək qrafiki proqram və oyunların istifadəsi zamanı yüksək Performans almaq üçün kompüterin ən mühüm avadanlıqlarından biridir.
Videokartaya Qrafiki prosessor (GPU-Graphic Process Unit), Display Adapter və ya ekran kartı da deyilir.
Videokartalar 4 Əsas hissədən ibarətdir:
- VGA Bios- Videokartanın işləməsi üçün lazım olan komandalara sahibdir. VGA BİOS Videokartanın hansı işi və onu nə zaman edəcəyini təyin
- GPU |Graphics Processing Unit- grafiki prosessor vahididir. Bu videokartaların beynidir, Bütün qrafik əməliyyatlar burada həyata keçirilir. Bu əsas prosessora təsir etmədən birbaşa özü kompüterdəki bütün görüntü proseslərini və görüntünü hesablamalrını aparır. GPU performansı onun Nüvəsinin saatda olan sürətindən asılıdır. Bu sürət 250 Mhz ilə 4Ghz arasında dəyişməkdədir.
- Video RAM- GPU görüntünü bu yaddaşın üzərində yaradır. Videokartanın işləməsi üçün lazım olan yaddaş qurğusudur. Gb-la ölçülür. 128Mb ilə 8Gb arasında dəyişir. GPU üçün müvəqqəti məlumat saxlama sahəsidir. VRAM həcmi yüksək olan kartlar daha detallı və yüksək keyfiyyətli görüntüləri daha sürətli işlədə bilir.
Məsələn 4k bir görüntüyə sahib oyun üçün ən az 8Gb yaddaşa sahib Videokarta olmalıdır.
2003-dən etibarən Video kartların yaddaşı DDR texnologiyalarından istifadə edərək daha da
gücləndirildi.
Ən son DDR5 texnologiya sahib Videokarta yaddaşların sürəti isə 3400-5600Mhz arasında dəyişməkdədir. Videokartın Resolutions və Piksel Dərinliyi xassələri də bu yaddaşdan çox istifadə edir. Bu xassələr nə qədər yüksək olan ekrana ötürülən görüntü bir o qədər canlı və net olacaqdır.
- RAMDAC- Rəqəmsal Analoq çeviricidir. O data göndərmə, data çevirmə sürətini və ən əsas da Ekran yenilənmə (refresh rate) sürətini təyin edir. Bu sürət Hz ilə ölçülür. Gamer-lar üçün ideal tezlik 120Hz-dən başlayır. Yəni oyun və ya videonun görüntüsü əgər dəstəkləyirsə saniyədə 120 dəfə yenilənəcəkdir.
GPU və CPU arasındakı fərq:
CPU-kompüterin mərkəzi prosessor vahididir, yəni əsas beynidir. Ana platada olur. Kompüterdə əməliyyat sistemi üzərində etdiyimiz bütün əməliyyatları və hesablamaları o yerinə yetirir. GPU-a görə daha yavaşdır, Ram çox istifadə edir.
GPU-isə yuxarıda dediyimiz kimi sadəcə görüntünü sürətli və yüksək keyfiyyətdə ekrana ötürmək üçün olan Videokartanın beynidir,prosessorudur. O CPU-dan fərqli olaraq ancaq RAM ilə işləmir Xarici Videokartalarda öz yaddaşı olduğundan təkbaşına sürətli bir şəkildə görüntü əməliyyatlarını yerinə yetirir.
Qeyd: Əgər kompüterin monitoruna görüntü gəlmirsə problem Videokarta da ola bilər.
Kompüterdəki görüntü keyfiyyəti həm Monitordan həm də ekran kartından asılıdır. Səbəb yuxarıda qeyd etdiyimiz kimi Resolutions və piksel dərinliyi kimi mühüm xüsusiyyətlər video kartanın yaddaşından asılı olduğu üçün. Videokartanın yaddaşı isə onun fiziki quruluşundan asılıdır və qiymətinə təsir edir.
Ona görə də Videokartalar fiziki quruluşuna və maliyyətinə görə 2 cür olur:
- İnteqrasiya olunmuş Daxili Videokarta (İnternal İntel) – Onboard tiplidir. Yəni Videokarta ana plataya bərkidilib. Öz yaddaşı yoxdur. Performans lazım olan Dizayn və Oyun üçün əlverişsizdir. Əgər istəsək Kompüterin BIOS tənzimlənmələrindən Daxili videokartanı Disable edib Yeni bir xarici Videokarta alıb onu PCI-EXPRESS portu ilə Ana plataya qoşaraq işlədə bilərik.
- Xarici Videokarta (External Nvidia) – Xarici bir yuva (socket) vasitəsilə Ana Plataya birləşdirilib. Onun öz yaddaşı vardır. Məs: Geforce GTX 480 2Gb
Adətən Xarici Videokartalar kompüterə VLB,AGP,PCI, xarici ISA və PCI-Express portları vasitəsilə qrafiki yazı və görüntünü ötürür. Həmçinin bəzi kompüterlərdə Ana platada Chipsetin üzərində də inteqrasiya olunmuş şəkildə də qarşımıza çıxa bilir. Buna Daxili Videokarta deyilir. Daxili Videokarta Paylaşımlı bir ekran kartıdır, yəni bu videokartaların öz yaddaşı olmadığı üçün Ram yaddaşından istifadə edərək ( bu zaman ram yaddaşı azaldığı üçün Performans düşə bilər) Paylaşımlı bir şəkildə işləyəcəkdir.
Video Kart İstehsalçıları
Ən məşhur GPU istehsalçıları NVIDIA və AMD-dir. NVIDIA, RTX seriyası ilə süni intellekt dəstəyi və ray tracing (işıq izləmə) texnologiyası təqdim edir. AMD isə güclü performansı münasib qiymətlərlə təmin edir.
Biz kompüterimizin Videokartası hakkında məlumat əldə etmək istəyiriksə Run proqramında “dxdiag” komandasını axtarış edərək, Task Manager (Ctr+Shift+Esc) GPU bölməsinə daxil olaraq və ya 3-cü partiya proqramlardan (məs: GPU-Z) istifadə edərək əldə edə bilərik.
Run>dxdiag komandası ilə:
Task manager ilə:
Video kart kompüter performansının əsas elementlərindən biridir. Doğru GPU seçimi oyun təcrübəsini artırmaqla yanaşı, yaradıcılıq və iş məhsuldarlığını da optimallaşdırır. İstifadə tələblərinə uyğun bir model seçərək həm cari, həm də gələcək ehtiyaclarınızı qarşılayan bir həll tapa bilərsiniz. GPU-nun gücü ilə texnologiyanın imkanlarını maksimum səviyyədə dəyərləndirin!
Videokarta gücü Ana platadan alır və demək olar ki o kompüterdə ən çox enerji aparan avadanlıqdır.
Enerji sərfiyatına görə Videokartalar 2 yerə ayrılır:
- PCI-EXPRESS Porta sahib 6 pinli 75w enerji sərfiyatına sahib
- Birbaşa Ana plataya qoşulu olan 8 pinli 150w enerji aparan
Görüntünü Videokartadan Monitora ötürmə girişləri
Kompüterdə görüntü monitora ötürülməsi üçün Videokarta üzərində və ya Ana platada aşağıdakı
portlar mövcuddur:
VGA-Out, HDMI-Out, DVI Out, Display Port, Mini HDMI Out, TV-Out, Component Out, S- Video və Tv-In
Video kart və ana plata üzərində olan bu portlar vasitəsilə kompüterin ekran görüntüsünü ikinci və daha çox monitora ötürmək mümkündür. Bu portlardan görüntünü ən yaxşı ötürən (4k və daha yuxarı) HDMI və Thunderbolt (USB-C bənzəyir şimşək işarəsi olur) çıxış portlarıdır.
Görüntünü ötürdükdən sonra Windows əməliyyat sistemində ekran görüntümüzü digər monitora istədiyimiz kimi paylaşa bilərik :
ekranı klonlama, tək ekran görüntüsü və ya ekranı genişlətmə kimi xassələri.
Bu funksiyaları Windows + P Qısa yol düymələrilə çox sürətli bir şəkildə də icra edə bilərik.
GPU-lar müasir texnologiyanın ayrılmaz bir hissəsi olaraq, yalnız qrafik emalı üçün deyil, həm də yüksək performanslı hesablamalar üçün geniş istifadə edilir. İstər oyunçu, istər dizayner, istərsə də elm sahəsində çalışan biri olun, ehtiyaclarınıza uyğun GPU seçimi işinizi daha sürətli və effektiv edə bilər. Müasir GPU-ların gücü ilə yaradıcılığınızı və məhsuldarlığınızı maksimum səviyyəyə qaldıra bilərsiniz.