CPU | Prosessorlar

Kompüterlərin əsas komponentlərindən biri olan CPU (Central Processing Unit) və ya prosessor, cihazın “beyni” kimi fəaliyyət göstərir. O, müxtəlif əmrləri icra edir, məlumatları emal edir və proqramların düzgün işləməsini təmin edir. Prosessorun gücü və performansı birbaşa cihazın ümumi sürətinə və səmərəliliyinə təsir göstərir.
CPU– Central Process Unit – Mərkəzi əməliyyatlar modulu.
Prosessor– kompüter üzərində edilən bütün arfimetik və məntiqi əməliyyatlar bu qurğu tərəfindən reallaşdırılır və nəzarət edilir.
Prosessorlar Ana Platının üzərində yerləşən CPU yuvasına ( Prosessor Socketi ) yerləşdirilir.
Prosessor kompüterin beyni sayılır, PC-də bütün əməliyyatları bu vahid yerinə yetirir. Ona görə həddindən artıq qızdığı üçün CPU üzərində Termopasta çəkilir,
Sink və Fan yerləşdirilir ki daim onu soyutsun.
Takt tezliyi – 1 saniyə ərzində yerinə yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir.
Takt tezliyi prosessorun məhsuldarlığını göstərən ən gözə çarpan Avadanlıqdır. Əgər bir prosessorun takt tezliyi 2.6 Ghz təşkil edirsə, deməli pu prosessor saniyədə 2 milyard 6 yüz milyon saat zərbəsi ilə işləyir. Birdə Turbo Boost takt tezliyi vahidi var ki Kompüter max yükləndikdə bu takt tezliyinə qədər qalxa bilər. Həmçinin Əgər bu prosessor iki nüvəlidirsə
məsələn: Core 2 Duo demeli eyni anda iki prosessor işləyir və məhsuldarlıq 2-yə vurulur.
Qeyd: 3Ghz ilə işləyən prosessor 2 nüvəlidirsə, 2Ghz ilə işləyən 4 nüvəli prosessordan daha az iş görəcək.
CPU- nanometr vahidləri də ölçülür ki bu vahid rəqəmi nə qəqdər kiçik rəqəm olarsa ( məsələn 5 nanometr) bir o qədər o prosessor yüksək texnologiyaya, az qızma xassəsinə, daha sürətli işləmə prinsipinə sahib deməkdir.
Prosessorun daxili sxeması: