Cloud Computing Nədir? Bulud Növləri, Bulud Xidmət Modelləri

Cloud Computing Informasiya Texnologiyaları sahəsində iş yükünün azaldılması və mürəkkəb infrastrukturların daha effektiv idarə olunmasını təmin edə bilən müasir bir həlldir.  Cloud computing, internet vasitəsilə müxtəlif xidmətlərin (məsələn, serverlərin, verilənlər bazası, proqramların) təmin edildiyi və istifadə edildiyi bir texnologiya mərhələsidir. Məntiqən, bu, məlumatların yerli kompüterlərdə (hard disk və ya on-premise server) saxlanılması yerinə hər hansı bir bulud provayderinin (bu Microsoft Azure, Amazon AWS ola bilər) datacenterində serverlərdə saxlanılması və proqramların orada işləməsi deməkdir.

Gündəlik həyatda və işdə biz bir çox işimizi səs, foto, video və documentlərdən istifadə edərək həll edirik. Düzdür ki, keçmişə baxmayaraq günümüzdə mobil telefonların və komputerlərin yaddaşı həddindən çox artırılıb amma nəzərə almalıyıq ki bir çox faylların da həcmi bununla paralel olaraq artmışdır, dolayısı ilə bir çox cihazlarda artıq yaddaş problemi yaşanmaqdadır. Həmçinin bir çox veb servis və proqramları işlətmək üçün komputerlər güclü resusrlar tələb edir və bu bəzən bizə çox baha başa gəlir, komputer və serverlərimiz də zəif olanda işlətdiyimiz proqramlar, servislər və hətta oyunlar donmağa başlayır, gecikmələr olur, bir sözlə performansı çox aşağı olur. Tamda elə bu nöqtədə gündəmə gələn Bulud Texnologiyaları (Cloud Computing) bu kimi problemlərə möhtəşəm həllər təklif edir.

Bulud həllər bizə hansı hallarda kömək edir deyə baxsaq məsələn deyək ki bizim 4 ram, core i3 120gb hdd, daxili video kartaya sahib olan bir komputerimiz var və biz bu komputerdə GTA V oynamaq istəyirik, bu halda GTA oyununu quraşdırsaq belə oynayanda donacaq, gecikmələr olacaq, biz GeforceNow kimi Cloud Game portalıyla bu oyunu bu kimi ən zəif komputerlərdə belə donmadan rahat oynaya bilərik. Çünki bu oyun Geforce-un serverlərində Run olub işləyir yəni tələb olunan ram,cpu,gpu ordan qarşılanır bizə sadəcə stabil sürətli bir internet lazımdır. Həmçinin bu senaryoya bənzər məsələn komputerimizdə photoshop, word excel kimi proqramları quraşdırmadan veb sayt üzərindən işlədə bilərik, məs: Google Docs, MS 365 Office.

Daha sonra biz bulud üzərindən yaddaş xidməti ala bilərik, məsələn şəkillərimizi komputerin lokal yaddaşında saxlamaq yerinə OneDrive, Google Drive kimi Cloud Storage-lərdə saxlaya bilərik. Şəkillərimiz Google-un serverlərində hard diskdə duracaq, biz sadəcə internet üzərindən username və parol yazıb daxil olmaqla onları yükləyib işlədə biləcəyik. Bir sözlə biz Bulud ilə istənilən zaman istədiyimiz yerdən username parollarımızı yazaraq bizə lazım olan məlumatlarımızı yükləyib istifadə edə bilərik, lakin bunun üçün əksər hallarda bulud xidmətləri göstərən provayderlərə bir miqdar ödəniş etməliyik.

Əksər Biznesdə də bizlər ortaq şəkildə 1c, MikroERP kimi birçox satış və anbar proqramları işlədirik, fayllarımızı atmaq üçün şirkətin daxili fiziki serverlərində (On-Premise) fayllarımızı saxlayıb idarə etmək üçün fileserver işlədirik, veb saytlarımızı publish etmək üçün veb server qurub 7/24 işlədirik. Bu zaman sistemin hər zaman dayanmadan işləyə bilməsi üçün (High availability) serverlərə və server otağına daim Maintance (qayğı) göstəririk, onların fiziki və software səviyyəsində təhlükəsizliyini təmin edirik, bu server və servisləri idarə etmək üçün Sistem Administratorlarını işə götürük, backup həllərindən və ən son şəbəkə texnologiyalarından istifadə edirik. Beləliklə bu kimi birçox maliyyətli işləri görməli oluruq. Bulud həlləri isə bu kimi işlərin demək olar hamısını öz üzərinə götürür, nəhəng data centerlərində serverlərin fiziki qurulması, maintance, şəbəkə infrastrukturu, elektrik şəbəkəsi, təhülkəsizliyi, serverlərin yaradılması və idarə olunması, virtuallaşdırma kimi və bir çox önəmli işləri MS Azure, AWS kimi bulud provayderləri görür. Biz artıq düşünmürük işıq söndü UPS işlədi ya yox, hard disk yandı server çökdü, DDOS gəldi, bütün bunların hamısından Bulud şirkəti məsuliyyət saxlayır, biz sadəcə internet üzərindən bizə lazım olan serverimizə məsələn RDP atıb qoşulub 1C Proqramında işləyirik, fileserverə qoşulub sənədlərimizi ora atırıq.

Cloud Computing sahəsində ilk dəfə 1999-cu ildə Salesforce şirkəti öz CRM həllini bulud üzərindən xidmət göstərmişdir. Daha sonralar 2006-cı ildə Amazon S3 ilə bulud yaddaş həllini bunların ardıyca 2010 Microsoft Azure, 2013  Google Cloud kimi bulud texnologiyaları şirkətləri Virtual Maşınların yaradılması, veb sayt və proqramların işlədilməsi üçün hosting, platform kimi infrastruktur xidmətlərinin kirayəsini təşkil etmişdir.

Cloud computing-in inkişafında Virtualizasiya böyük rol oynamışdır, Bugun Azure kimi bulud provayderləri öz datacenterlərində fiziki serverlərində virtualizasiyadan istifadə edərək minlərlə virtual maşın yaradıb bizlərə kirayə verə bilir. Biz bu virtual maşınları portal üzərindən qurarkən ona ayıracağımız resursa görə məsələn cpu-nüvə sayı, ram və storage kimi şeyləri nəzərə alaraq aylıq və ya illik olaraq ödəniş edirik, “Pay as you go” nə qədər işlətdik o qədər ödəyirik. On-Premisedan Buluda keçmək üçün isə veb kalkulyator olur ki, biz bununla hesablaya bilərik bizə serverimizi öz binamızda saxlayıb işlətmək sərf edir yoxsa AWS Cloud-da.

Bulud texnologiyasının növləri

Public Cloud – bu bulud növünün resursları interneti olan hər kəs üçün əlçətandır. Azure, AWS, Google kimi Bulud şirkətlərinin ödənişli və ödənişsiz xidmətləri mövcuddur. Bunlara örnək olaraq məsələn Microsoft 365, Google Docs, Amazon S3, EC2 Instance, Azure blob storage və s. Bu tip bulud texnologiyasının əsas üstün cəhəti sürət və high aviability-dir yəni həmişə asan əlçatandır.

Private Cloud – Tək bir şirkət və ya təşkilata məxsus qapalı bulud növüdür.Həmin qurum tərəfindənidarə olunan hüquqlarla müəyyən səlahiyyətli şəxslərə məsələn Rayonda olan bir filialdan baş ofisdə olan Terminal Serverə VPN ilə icazə verərək şirkət resurslarına daxil olmasını təmin edir. Bu daha çox məxfilik və təhlükəsizliyə önəm verənlər üçündür.

Hybrid Cloud – Hibrid bulud bizə məsələn Vebsaytın contentlərini on-premise yəni daxili serverlərimizdə, verilənlər bazasını isə Azure SQL Database-də saxlayaraq ortaq şəkildə işlətməyə imkan verən bulud texnologiya növüdür. Başqa bir örnək olaraq AD Userlərin MS 365-ə interqrasiya olunub yaradılması və istifadəsini, həmçinin Vmware Cloud on AWS servislərini göstərə bilərik.

Community Cloud – bu bulud növü yeni çıxıb, bir çox qaynaq bulud növləri 3 olaraq göstərilsə də buna da baxaq, bu tip bulud növünü daha çox dövlət qurumları işlədir. Birneçə təşkilatın aralarında məlumat mübadiləsi üçün, eyni resursu ortaq şəkildə işlətməsinə imkan yaradan texnologiyadır. Məsələn ESD elektron sənəd dövriyyəsi bu portalın bir serverdə publish olunub bir neçə quruma xidmət göstərdiyini nəzərə alsaq bunu İctimai Bulud Texnologiyasının bir növünə örnək olaraq göstərə bilərik.

Bulud Texnologiyası Xidmət Modelləri

Üç fərqli kateqoriyada qarşılaşa biləcəyimiz bulud texnologiyaları bir-birinə iyerarxik olaraq daha da inkişaf edərək irəliləyir. Ən yüksək səviyyəli xidmət modeli müəssisələrin bir çox sahədə, xüsusilə iş yükündə rahatlıq qazandırdığı müşahidə edilir. Bulud texnologiyasının xidmət modelləri aşağıdakılardır:

IaaS (Infrastructure as a Services): Bu, bir infrastrukturdur və ondan sadəcə istifadə etdiyiniz zaman ödəniş edirik. Bir növ bulud texnologiyalarından bir hissəni icarəyə götürmək olur. Yəni biz Azure portalda Virtual Maşınlar (AWS EC2 Instance) yaradıb orada istədiyimiz bir serveri qura bilərik. Burada OS,Middleware,Runtime,Data və Application kimi hissələri özümüz yaradırıq və əlavə edirik qalanını isə (şəbəkə,storage,server,virtualization) CSP yəni bulud provayder təmin edir.

PaaS (Platform as a Service): Platforma kimi xidmət edir. Bu xidmət modelində infrastruktura ehtiyac olmadan proqram təminatı, mobil və veb proqramları kimi bir çox sahə üçün təkmilləşdirmələr edilə bilər. Google App Engine, Azure SQL, MySQL kimi örnək servisləri işlədə bilərik, veb saytımızı və data bazamızı run edə bilərik. ASP.NET Core, Java, SQL Server, Oracle. Bu tip buludda biz sadəcə application və onun datasını atırıq qalanları isə (şəbəkə,storage,server,virtualization,OS,middleware,runtime) CSP yəni AWS, Azur edir.

SaaS (Software as a Services): Paket proqram şəklində təqdim edilən bu xidmət istifadəçilərə internet vasitəsi ilə əvvəlcədən müəyyən edilmiş tətbiq, proqram və başqa resurslardan istifadə etmələrini təmin edir. Məsələn Netflix, Google Drive, MS 365 və s kimi xidmətləri biz heçbirşey quraşdırmadan işlədə bilirik, bunun üçün bir miqrdar pul ödəyirik daha sonra isə sadəcə internet şəbəkəmizin olması kifayətdir.

Burada həmin proqramların işləməsi üçün server, onun şəbəkəsi, storage, virtualizasiyası, əməliyyat sistemi, data, application run time kimi hər birşeyi CSP yəni bulud xidmətlərini göstərən Şirkət məsələn Google Cloud edir. On-Premise olaraq bunları biz öz şirkətimizdə daxili serverimizdə qursaydıq hamsını özümüz etməli olacaqdıq.

 

 

Author

You may also like